featured-image-2293

“İnter”in baş məşqçisi Simone İnzaqi İtaliya A seriyasının 20-ci turu çərçivəsində “Bolonya”ya məğlubiyyətə (1:2) münasibət bildirib.

Msport.az “Sky Sport İtalia”ya istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis deyib ki, artıq çempionluq öz əllərində deyil: “Şübhəsiz ki, bu, acı nəticədir. Çempionluğun taleyi artıq bizim əlimizdə deyil. Biz “Milan”ın nəticələrini izləyib özümüz də qalan oyunların hamısında qalib gəlməyə çalışacağıq.

Hesabı biz açdıq, gərək növbəti qolu da vurardıq. Əvəzində Arnautoviçin fərqlənməsinə mane ola bilmədik. Halbuki onun qarşısını almaq olardı. Fasilədən sonra biz çox aqressiv oynadıq, elə buna görə də cəzalandıq. “Bolonya” demək olar ki, bizim cərimə meydançamıza  daxil ola bilmirdi. İkinci qolu buraxdıqdan sonra isə artıq təslim olduq. Çox təzyiq altında idik və bunlar hamısı komandaya təsir edirdi.

İndi ən əsası odur ki, təslim olmamalıyıq. Bu ağır zərbə oldu. Amma gördük ki, “Bolonya” necə oynadı. Hər oyun ağır keçəcək. Ancaq 2 xallıq fərqi 4 oyunda aradan qaldıra bilərik”.

Bənzər xəbərlər