featured-image-78341

İngiltərə Premyer Liqasında 22 illik fasilədən sonra möhtəşəm çempionluq yaşayan “Arsenal” maliyyə baxımından tarixi uğura imza atır.

Msport.az xəbər verir ki, “topçular” Premyer Liqada qazanılan zəfər və avrokuboklardakı uğurlu çıxış sayəsində bu mövsüm rekord həddə – 770 milyon funt-sterlinq gəlir əldə etmək ərəfəsindədir.

Bu göstərici ilə London təmsilçisi, “Mançester Siti” klubunun daha əvvəl imza atdığı 715 milyon funt-sterlinqlik Premyer Liqa rekordunu rəsmən geridə qoyub.

Əldə olunan nəhəng qazanc sayəsində “Arsenal” klubu qlobal futbol iqtisadiyyatında “Real” və “Barselona”nın ardından Avropanın ən zəngin ilk üç klubundan birinə çevrilməyi hədəfləyir.

Bənzər xəbərlər