featured-image-70483

“Liverpul”un əfsanəsi Stiven Cerrard yenidən “Qlazqo Reyncers”ə qayıda bilər. Msport.az xəbər verir ki, İngiltərə millisinin sabiq üzvü Rassel Martini əvəzləməyə namizəd sayılır.

45 yaşlı mütəxəssis 2018-2021-ci illərdə Şotlandiya klubuna rəhbərlik edib. O, 2021-ci ildə bu komandaya çempionuq qazandırıb.

Qeyd edək ki, Cerrard iki il Səudiyyə Ərəbistanının “Əl İttifaq” klubunda çalışdıqdan sonra bu ilin yanvarından işsizdir.

“Qlazqo Reyncers” 7 oyundan sonra 8 xalla 8-ci yeri tutur. Komanda prinsipial rəqibi “Seltik”dən 11 xal geri qalır.

 

 

Bənzər xəbərlər