"Çətinliklər bizi daha çox birləşdirir" - İran millisinin üzvü
İran millisinin vingeri Əlirza Cahanbaxş komandasının dünya çempionatında üzləşdikləri çətinliklərdən danışıb.
Msport.az xəbər verir ki, Meksikada məskunlaşan İran yığmasının yalnız oyunlardan 24 saat əvvəl ABŞ-yə gəlməyinə icazə verilir.
Asiyalılar Los-Ancelesdə iki heç-heçə edib – Yeni Zelandiya (2:2) və Belçika ilə – 0:0.
“Biz elementar ədalət istəyirik. Digər komandalara nə münasibət göstərilirsə, bizə də o olsun. Düşünmürəm ki, çox şey tələb edirik.
Digər tərəfdən çətin vəziyyətdə biz daha yaxşı çıxış edirik. Bu, bizim mədəniyyətimizin bir hissəsidir. Çətinliklər bizi daha çox birləşdirir. Bu gün xarakter göstərdik, bunun səbəblərindən biri də odur ki, necə çətin vəziyyətdə dünya çempionatına gəldik.
Ümid edirəm ki, Misirlə oyuna daha tez gələ biləcəyik. Sietl bizim Tixuandakı bazamızdan uzaqdadır”.







