Çexiya millisinin DÇ-2026 üçün HEYƏTİ
Çexiya millisinin 2026-cı il dünya çempionatı üçün yekun heyəti açıqlanıb.
Msport.az xəbər verir ki, baş məşqçi Miroslav Koubek mundiala aparacağı 26 futbolçunun adını müəyyənləşdirib.
Heyətin əsas simaları arasında “Vest Hem”in yarımmüdafiəçisi Tomaş Souçek, “Bayer”in hücumçusu Patrik Şik, “Vulverhempton”un müdafiəçisi Ladislav Kreyçi və “Lion”un yarımmüdafiəçisi Pavel Şults yer alıb.
Koubek 17 yaşlı “Sparta Praqa” futbolçusu Huqo Soxureki də yekun siyahıya daxil edib. 35 yaşlı Vladimir Darida isə uzun fasilədən sonra millinin Dünya Çempionatı heyətində yer alıb.
Çexiya millisinin heyəti:
Qapıçılar: Lukaş Horniçek (“Braqa”), Matey Kovarj (PSV), Yindrjix Stanek (“Slaviya Praqa”).
Müdafiəçilər: Vladimir Tsoufal (“Hoffenhaym”), Robin Hranaç (“Hoffenhaym”), David Doudera (“Slaviya Praqa”), Tomaş Holeş (“Slaviya Praqa”), Ştepan Xaloupek (“Slaviya Praqa”), David Yurasek (“Slaviya Praqa”), David Zima (“Slaviya Praqa”), Ladislav Kreyçi (“Vulverhempton”), Yaroslav Zeleni (“Sparta Praqa”).
Yarımmüdafiəçilər: Lukaş Çerv (“Viktoriya Plzen”), Aleksandr Soyka (“Viktoriya Plzen”), Denis Vişinski (“Viktoriya Plzen”), Vladimir Darida (“Hradets-Kralove”), Lukaş Provod (“Slaviya Praqa”), Mixal Sadilek (“Slaviya Praqa”), Huqo Soxurek (“Sparta Praqa”), Tomaş Souçek (“Vest Hem”), Pavel Şults (“Lion”).
Hücumçular: Adam Hlojek (“Hoffenhaym”), Tomaş Xori (“Slaviya Praqa”), Moymir Xitil (“Slaviya Praqa”), Patrik Şik (“Bayer”), Yan Kuxta (“Sparta Praqa”).
Çexiya millisi Dünya Çempionatında A qrupunda çıxış edəcək. Komanda 12 iyunda Qvadalaxarada Cənubi Koreya ilə qarşılaşacaq, daha sonra Meksika və Cənubi Afrika ilə oynayacaq.
Qeyd edək ki, Çexiya millisi Dünya Çempionatına 2006-cı ildən sonra ilk dəfə vəsiqə qazanıb.







