ÇL-də həftənin ən yaxşı futbolçusu adına 4 namizəd
Futbol üzrə UEFA Çempionlar Liqasında 2021/22 mövsümünün son həftəsinin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.
Msport.az UEFA-nın saytına istinadən xəbər verir ki, namizədlər sırasında çempion “Real”ın 3 futbolçusu – Vinisius Junior, Kazemiro, Tibo Kurtua və “Liverpul”un 1 futbolçusu – İbrahima Konate yer alıb.
“Real” ÇL-in finalında “Liverpul”u 1:0 hesabı ilə məğlub edərək tarixində 14-cü dəfə bu turnirin qalibi olub.