featured-image-4574

“Real”ın qapıçısı Tibo Kurtua Çempionlar Liqasının 2021-2022-ci illər mövsümündə ən çox seyv edən qolkiper olub.

Msport.az xəbər verir ki, belçikalı çərçivə qoruyucusu 13 oyunda 61 dəfə komandasını qoldan xilas edib.

Bu göstəricidə ilk “üçlük”də “Vilyarreal”dan Xeronimo Rulyi (41) və “Benfika”dan Odisseas Vlaxodimos (38) da var.

“Liverpul”un qapıçısı Alison Beker  bu mövsüm 13 oyunda 15 seyv edərək yalnız 18-ci olub.

Bənzər xəbərlər