ÇL: “Qarabağ”ın rəqibi həftənin ən yaxşısı adına namizəddir
Çempionlar Liqasında Liqa mərhələsinin III turunun matçlarından sonra həftənin futbolçusu adına namizədlər açıqlanıb.
Msport.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Siyahıda “Atletik”dən Qorka Quruzeta, PSV-dən Dennis Man, Dortmund “Borussiya”sından Feliks Nmeça və “Barselona”dan Fermin Lopes yer alıb.
Quruzeta “Qarabağ”la oyunda (3:1), Man “Napoli” ilə matçda (6:2) dubl edib. Nmeça “Kopenhagen”ə iki qol vurub (4:2). Lopes isə “Olimpiakos”la matçda (6:1) het-trik edib.
Həftənin futbolçusu UEFA-nın saytındakı azarkeş səsverməsi nəticəsində müəyyənləşəcək.