ÇL: "Sabah" İngiltərədə start verir
“Sabah” Çempionlar Liqasının Liqa mərhələsinə start verir.
Msport.az xəbər verir ki, Azərbaycan çempionu səfərdə “Mançester Yunayted”lə.qarşəlaşacaq.
“Old Trafford” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyunu Fransadan olan hakimlər briqadası idarə edəcək.
“Sabah” səfər oyununa ciddi itki ilə çıxacaq. Stiv Solvet zədə səbəbindən İngiltərə təmsilçisinə qarşı oynaya bilməyəcək.
Çempionlar Liqası, Liqa mərhələsi, 1-ci tur
23:00. “Mançester Yunayted” (İngiltərə) – “Sabah” (Azərbaycan)
Hakimlər: Villi Delajo, Ervan Finjean, Valentin Evrar, Matyo Vernis (hamısı Fransa)
VAR: Jerom Brisar (Fransa)
AVAR: Momçilo Markoviç (Serbiya)
“Old Trafford”, Mançester, İngiltərə







