Con Stounz “İnter”lə anlaşdı
“İnter” İngiltərə millisinin müdafiəçisi Con Stounzun transferini yekunlaşdırıb.
Msport.az xəbər verir ki, tərəflər son danışıqlardan sonra tam razılığa gəliblər.
32 yaşlı futbolçu 2028-ci ilin iyununa qədər nəzərdə tutulan 2 illik müqavilə imzalayacaq. Müqavilədə uzatma bəndi nəzərdə tutulmayıb. Stounzun illik maaşı təxminən 4 milyon avro olacaq. O, yaxın vaxtlarda tibbi müayinədən keçmək üçün Milana yollanacaq. Bundan sonra transfer rəsmən açıqlanacaq.
Qeyd edək ki, müdafiəçi 2016-cı ildən “Mançester Siti”də çıxış edirdi. O, bu müddətdə 295 oyunda 19 qol vurub, 9 məhsuldar ötürmə edib, 6 Premyer Liqa çempionluğu, Çempionlar Liqası və klublararası dünya çempionluğu da daxil olmaqla bütün əsas titulları qazanıb.







