Coy-Lens Mikelsin son durumu açıqlandı
Azərbaycan Premyer Liqasının VII turunda “Karvan-Yevlax”la oyunda zədələnən “Sabah”ın futbolçusu Coy-Lens Mikelsin son durumu açıqlanıb.
Msport.az xəbər verir ki, alman hücumçunun hazırda özünü yaxşı hiss edir.
Lakin dəqiq diaqnoz bu gün MRT müayinəsindən sonra qoyulacaq.
Qeyd edək ki, hücumçu matçın sonlarında rəqib qapıçı Kamran İbrahimovla toqquşduqdan sonra xəstəxanaya aparılıb. Qarşılaşma “Sabah”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.