featured-image-46455

Azərbaycan atleti Dadaş Dadaşbəyli Tailandın Phuket şəhərində keçirilən ağırlıqqaldırma üzrə Dünya Kubokunda 3 gümüş medal qazanıb.

Msport.az xəbər verir ki, 109 kq çəki dərəcəsində yarışan idmançı birdən qaldırma hərəkətində 177 kq-ı ram edib və bu hərəkətdə gümüş medala sahib çıxıb.

O, təkanla qaldırma hərəkətində 211 kq-ın öhdəsindən gəlib və bu hərəkətdə də eyni uğura imza atıb.

Toplam 388 kq (177+211) nəticə gösərən Dadaşbəyli yekun sıralamada da 2-ci yeri tutub və yarışı 3 gümüş medalla başa vurub.

Bənzər xəbərlər