"Dağıntılar altında futbol - Çerniqov stadionunda yenidən uşaq səsləri gəlir - Fotolar
Ukraynanın Çerniqov şəhərindəki Yuri Qaqarin adına stadion mart ayında bombardman səbəbindən tamamilə dağıdılmışdı.
Msport.az xəbər verir ki, artıq sakinlər şahər idarəetmə orqanları ilə birgə arenanın bərpasına başlayıblar. Hazırda qazonun yad əşyalardan təmizlənməsi prosesi gedir. Hətta uşaqlar çox gözləməyib, dağılmış stadionda futbol oynamağa başlayıblar.
Yuri Qaqarin adına stadionda son rəsmi oyun 2021-ci ilin dekabrın 5-də olmuşdu. Həmin gün yerli “Desna” klubu “Mariupol”la heç-heçə etmişdi – 3:3.
Çerniqovdakı stadion 1936-cı ildə istifadəyə verilib. İdman qurğusu II Dünya Müharibəsində ciddi dağıntılara məruz qalıb. 1960-cı ildə arena yenidənqurma işlərindən sonra iknci dəfə idmançıların və azarkeşlərin üzünə açılıb. 1961-ci ildə stadion Yuri Qaqarinin adını daşımağa başlayıb. Üç il sonra məşhur kosmonavt Çerniqova gəərək şəhər sakinləri ilə görüşüb.