featured-image-4648

“Real”ın yarımmüdafiəçisi Toni Kroos UEFA Çempionlar Liqasının “Liverpul”la (1:0) final oyunundan sonra karyerasını Madrid klubunda davam etdirəcəyini açıqlayıb.

Msport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, alman futbolçu daha bir neçə il Madriddə qalacağını deyib:

“Mən daha iki il “Real”da qalmalıyam”. Kroos 2014-cü ilin iyulundan “Real”da çıxış edir. Onun klubla hazırkı müqaviləsi 2023-cü ilin iyun ayına qədərdir.

32 yaşlı yarımmüdafiəçi 2021/2022 mövsümündə La Liqada 28 oyunda iştirak edib, bir qol vurub və üç məhsuldar ötürmə edib.

Bənzər xəbərlər