featured-image-7470

Son olaraq Portuqaliyanın “Farense” klubunda çıxış edən Eduardo Mança karyerasını Azərbaycanda davam etdirə bilər.

Msport.az xəbər verir ki, bu barədə Portuqaliya mətbuatı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Azərbaycanın Premyer Liqa təmsilçilərindən biri 26 yaşlı müdafiəçi ilə maraqlanır. Hazırda azad agent olan braziliyalı oyunçunun agenti Covanni Davila müxtəlif klublarla danışıqlar apardıqlarını söyləyib.

Mança ilə Portuqaliya, Fransa, Yaponiya və İsrail klublarının da yaxından maraqlandığı bildirilir. O, daha öncə “Maşinsazi”, “Birkirkara”, “Quarani”, “Jabakara” və “Seara” klublarının da formasını geyinib.

Bənzər xəbərlər