featured-image-80110

“Qarabağ”ın braziliyalı müdafiəçisi Mateus Silva komandadan ayrılmağa hazırlaşır.

Msport.az xəbər verir ki, bu barədə 28 yaşlı futbolçu Braziliya mətbuatına açıqlamasında bildirib.

Sağ cinah müdafiəçisi ölkəsinin klublarından təklif aldığını və bunu karyerasında yeni çağırış üçün ideal variant hesab etdiyini deyib.

“Azərbaycanda yaşadıqlarıma görə minnətdaram. Amma daha çox şeyə ehtiyacım olduğunu hiss edirəm və Braziliyaya qayıtmaq məni çox cəlb edir. Bu ilin əvvəlində Braziliya klublarından təkliflər almışdım, amma komandam mövsümün qalan hissəsi üçün qalmağımın vacib olduğunu düşünürdü. Bu gün vəziyyət fərqlidir və öz ölkəmdə yeni bir çağırışa daha hazırlıqlı olduğumu hiss edirəm”, – deyə Mateus Silva bildirib.

Braziliyalı futbolçu “Qarabağ”la UEFA Avropa Liqasının təsnifat mərhələsinə hazırlaşsa da, karyerasını vətənində davam etdirmək istədiyini gizlətməyib.

Qeyd edək ki, Mateus Silva 2023-cü ildən “Qarabağ”ın formasını geyinir. O, daha əvvəl Braziliyada “Bahia”da çıxış edib.

Bənzər xəbərlər