featured-image-3404

Deyəsən, yayda daha bir “transfer “bombası”nın şahidi olacağıq.

Msport.az “Bild”ə istinadən xəbər verir ki, Robert Levandovski “Bayern Münhen”dən ayrılacaq. Polşalı hücumçu rəhbərliyə bildirib ki, müqaviləni uzatmaq istəmir və yayda komandanı tərk edəcək.

33 yaşlı forvardın “Barselona”ya keçmək niyyəti olduğu bildirilir.

Levandovski cari mövsümdə Almaniya Bundesliqasında 33 oyunda 34 qol vurub.

Bənzər xəbərlər