featured-image-79025

Avstraliya millisinin baş məşqçisi Toni Popoviç DÇ-2026-nın ilk matçında Türkiyə üzərində qələbəni (2:0) şərh edib.

Msport.az xəbər verir ki, o, oyunu belə dəyərləndirib:

“Bir çoxları üçün bu nəticə şok ola bilər, amma bizim və futbolçularımız üçün yox. Belə bir oyunda qalib gəlmək üçün çox çalışmaq gərəkir. Daha çox qol vura bilərdik. Lakin nəticə bizə böyük inam verir.

Türkiyə komandası ilə bağlı nələr bildiyimizi meydanda gördük. Çox istedadlı futbolçuları var və bütün oyun boyu təhlükə yaratdılar. Onlara qarşı yaxşı müdafiə olunmalı idik. Amma gördük ki, bəzi anlarda onları sıxışdıra bilərik və bunu çox yaxşı etdik”.

 

Bənzər xəbərlər