Darvin Nunyes klubu tərk edir - Benzemaya görə
Darvin Nunyes “Əl-Hilal”dan ayrılmağa hazırlaşır.
Msport.az xəbər verir ki, 26 yaşlı uruqvaylı hücumçu yayda klubu tərk etmək üçün rəhbərliklə razılığa gəlib.
O, hətta həftəlik 400 min funtluq maaşdan imtina edərək karyerasını xilas etmək qərarı verib.
Nunyes ötən ilin avqustunda 46 milyon funt qarşılığında “Əl-Hilal”a keçib. Mövsümün ilk yarısında 16 oyunda 6 qol və 4 məhsuldar ötürmə müəllifi olsa da, Kərim Benzemanın transferindən sonra əsas heyətdən kənarda qalıb.
Qeyd edək ki, Səudiyyə liqasının legioner limiti səbəbindən fevraldan bəri oynamayan futbolçu Uruqvay millisində də yerini itirib.







