featured-image-728

DÇ-2022-yə vəsiqə qazanan daha bir komandanın adına aydınlıq gəlib. 

Msport.az xəbər verir ki, Kanada Mundiala vəsiqəni təmin edib.

Kanadalılar buna Şimali və Mərkəzi Amerika, Karib hövzəsi (CONCACAF) komandaları arasında seçmə mərhələnin 13-cü turunda Yamaykaya qalib gəlməklə (4:0) nail olublar.

Qeyd edək ki, Kanada tarixində ikinci dəfə Dünya çempionatına vəsiqə qazanıb. Komanda sonuncu dəfə 1986-cı ildə Mundialda çıxış edib.

Bənzər xəbərlər