DÇ-2022: FİFA Ekvadoru mundialdan kənarlaşdıra bilər
FİFA Ekvador yığmasını Qətərdə keçiriləcək dünya çempionatından kənarlaşdıra bilər. Msport.az “Tyc Sports”a istinadən xəbər verir ki, Ekvador mundialdan uzaqlaşdırılsa, DÇ-2022-də onların əvəzinə mundialda Çili millisi iştirak edəcək.
Milli komandanın hüquqşünası Eduardo Karletsonun əlində Ekvador komandasının müdafiəçisi Bayron Kastilyonun kolumbiyalı olmasına dair sənəd var. Bu isə o deməkdir ki, Kastilyo Ekvador yığmasında oynaya bilməz. Hüquqşünas Kastilyonun doğum haqqında şəhadətnaməsini üzə çıxarıb. Sənəddə göstərilib ki, o, 1998-ci ilin noyabrında Kolumbiyanın Tumako şəhərində anadan olub.