DÇ-2022: Səbətlər məlumdur
DÇ-2022-nin sabah keçiriləcək püşkatma mərasimi üçün səbətlərin tərkibi müəyyənləşib.
Msport.az xəbər verir ki, 4 səbətin hər birində 8 iştirakçı yer alıb. Tərkib aşağıdakı kimidir:
1-ci səbət: Qətər (ev sahibi), Braziliya, Belçika, Fransa, Argentina, İngiltərə, İspaniya, Portuqaliya
2-ci səbət: Niderland, Danimarka, Meksika, Almaniya, ABŞ, Uruqvay, İsveçrə, Xorvatiya
3-cü səbət: Seneqal, İran, Yaponiya, Mərakeş, Serbiya, Polşa, Cənubi Koreya, Tunis
4-cü səbət: Kanada, Kamerun, Ekvador, Səudiyyə Ərəbistanı, Qana, UEFA-nın pley-offunun qalibi, AFC- CONMEBOL pley-off-unun qalibi, – CONCACAF – OFC pley-offunun qalibi
Qeyd edək ki, noyabrın 21-dən dekabrın -18-dək davam edəcək DÇ-2022-nin 29 iştirakçısı məlum olsa da, digər 3 ölkənin adına iyunda aydınlıq gələcək.
Avropa zonası üzrə Şotlandiya – Ukrayna oyununun qalibi finalda Uelslə, Birləşmiş Ərəb Əmirlikləri / Avstraliya cütünün qalibi Peru ilə, Yeni Zelandiya isə Kosta-Rika ilə qarşılaşacaq. Mundialın püşkatma mərasimi isə sabah Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.