DÇ-2026: Açılış oyununun hakimləri açıqlandı
DÇ-2026-nın açılış oyunu – Meksika – CAR matçını idarə edəcək hakimlər açıqlanıb.
Msport.az xəbər verir ki, mundiaın ilk görüşünündə braziliyalı Vilton Sampayo əsas söz sahibi olacaq. Ona həmyerliləti Bruno Pires və Bruno Başilya kömək edəcək. VAR-da kolumbiyalı Nikolas Qalyo olacaq.
İyunun 11-də Mexikoda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
FİFA bundan başqa 1-ci turun bir neçə oyununun da hakim təyinatlarını açıqlayıb.
Cənubi Koreya – Çexiya oyununu misirli Amin Mohammed, Kanada – Bosniya və Herseqovinya matçını argentinalı Fakundo Telyo, ABŞ-Paraqvay qarşılaşmasını isə niderlandlı Danni Makkeli idarə edəcək.







