DÇ-2026: Afrikanın ən yaxşı hakimi ABŞ-yə buraxılmadı
Afrikanın ən yaxşı futbol hakimi hesab olunan Omar Abdulkadir Artanı DÇ-2026 üçün ABŞ-a buraxmayıblar.
Msport.az xəbər verir ki, somalili referinin adı mundialı idarə edəcək hakimlər siyahısında olsa da, onu Mayami aerportundan geri qaytarıblar.
Ona bununla bağlı heç bir izahat verilməyib.
Qeyd edək ki, Artan ABŞ-yə diplomatik pasportla yola düşmüşdü. O, 2025-ci ildə Afrika Futbol Konfederasiyasının seçiminə əsasən qitənin ən yaxşı hakimi sayılmışdı.







