Almaniya millisinin üzvü DÇ-2026-nı buraxacaq
Almaniya millisinin müdafiəçisi Niko Şlotterbek 2026-cı il dünya çempionatının qalan hissəsini buraxacaq.
Msport.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
26 yaşlı futbolçunun sol topuq bağlarında qopma aşkarlanıb. Bu səbəbdən onun mundialdakı çıxışı vaxtından əvvəl başa çatıb.
Şlotterbek zədəsini qrup mərhələsinin Fil Dişi Sahili ilə oyununda alıb. Görüşün əvvəlində onun topuğu burxulsa da, matçı davam etdirib və yalnız fasilədə əvəzlənib. Müayinələrin nəticəsi isə futbolçunun ən azı 8 həftə yaşıl meydanlardan kənarda qalacağını göstərib.







