featured-image-79134

Dünya çempionatının J qrupunun Avstriya – İordaniya oyunu başa çatıb.

Msport.az xəbər verir ki, Avropa təmsilçisi rəqibini məğlub edib – 3:1.

Avstriya yığmasının heyətində 20-ci dəqiqədə Romano Şmid hesabı açıb. Ali Olvan 50-ci dəqiqədə tarazlığı bərpa edib. 76-cı dəqiqədə İordaniya komandasından Yazan Al Arab avtoqol müəllifi olub. 90+12-ci dəqiqədə Marko Arnautoviç penaltini dəqiq yerinə yetirib.

Qeyd edək ki, J qrupunun digər qarşılaşmasında Argentina Əlcəzairi üç cavabsız qolla üstələyib. ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyulun 19-da başa çatacaq.

Bənzər xəbərlər