DÇ-2026: Bilet satışına başlanıldı
FİFA 2026-cı il dünya çempionatının biletlərinin satışına start verib.
Msport.az xəbər verir ki, turnir gələn yay ABŞ, Kanada və Meksikada keçiriləcək.
İlk biletlər lotereya yolu ilə seçilən azarkeşlərə təqdim olunacaq. Qaliblərə artıq e-mail vasitəsilə məlumat göndərilib və ya yaxın günlərdə göndəriləcək.
Dünya çempionatının final matçına ən bahalı biletlərin qiyməti 6000 ABŞ dollarından çoxdur. Ümumilikdə isə FİFA-ya 4,5 milyon bilet müraciəti daxil olub.