featured-image-79587

DÇ-2026-da “Qızıl buts” uğrunda mübarizədə son vəziyyət açıqlanıb.

Msport.az xəbər verir ki, bombardirlik yarışında siyahıya Argentina millisinin kapitanı Lionel Messi liderlik edir.

39 yaşlı hücumçunun hesabında 5 qol var. İlk “5-lik”də qərarlaşan digər 4 oyunçunun isə hə biri 4 qol vurmağı bacarıb.

 

İlk “beşlik” belədir:

  1. Lionel Messi (Argentina) – 5 qol
    2. Kilian Mbappe (Fransa) – 4 qol
    3. Usman Dembele (Fransa) – 4 qol
    4. Vinisius Junior (Braziliya) – 4 qol
    5. Erlinq Holand (Norveç) – 4 qol

Qeyd edək ki, DÇ-2026-nın bombardirinə turnirin sonunda ənənəvi olaraq “Qızıl buts” mükafatı təqdim olunacaq. Messi daha əvvəl DÇ-2022-də 7 qolla yarışda ikinci olmuşdu.

Bənzər xəbərlər