DÇ-2026: Braziliya millisində ağır itki
Braziliya millisinin hücumçusu Rafinya Haiti ilə oyunda (3:0) zədə alıb.
Msport.az xəbər verir ki, “Barselona”nın vingeri zədə səbəbindən 40-cı dəqiqədə əvəzlənib.
Braziliya Futbol Konfederasiyası futbolçunun vəziyyəti ilə bağlı açıqlama yayıb:
“Haiti ilə oyunun 1-ci hissəsində Rafinya sağ diz əzələsində ağrı hiss etdi. Onun müalicəsinə başlanılıb və təkrar müayinədən keçəcək”.
Braziliya yığması 4 xalla qrupun lideridir. Pentekampeonlar qrupda son oyunlarını iyunun 24-də Şotlandiyaya qarşı keçirəcək.







