DÇ-2026: Çexiya Cənubi Koreyaya uduzdu
Futbol üzrə dünya çempionatında A qrupunun Cənubi Koreya – Çexiya görüşü baş tutub.
Msport.az xəbər verir ki, Qvadalaxara stadionunda keçirilən matçda asiyalılar 2:1 hesablı əzmkar qələbə qazanıblar.
Hesabı çexlər açıblar. 59-cu dəqiqədə Ladislav Kreyçiy başla dəqiq oynayıb. Lakin özündə güc toplayan Cənubi Koreya seçməsi Hvan İn Bom (67) və O İn Qyunun (80) qolları ilə qalib gəlib.
Qeyd edək ki, qrupun və DÇ-2026-nın açılış matçında Meksika Cənubi Afrika Respublikası (CAR) millisinə 2:0 hesabı ilə qalib gəlib.







