DÇ-2026: Əlcəzair İordaniyanı məğlub etdi
Dünya çempionatında Əlcəzair İordaniyaya qalib gəlib.
Msport.az xəbər verir ki, I qrupunun II turunun matçı 2:1 hesabı ilə yekunlaşıb.
Hesabı 36-cı dəqiqədə İordaniya yığmasının üzvü Nizar Əl-Rəşdan açıb. Əlcəzair komandasının heyətində Nadir Benbuali 69-cu, Amin Quiqi 82-ci dəqiqədə fərqlənib.
Qeyd edək ki, bu qrupun digər matçında Argentina Avstriyanı 2 cavabsız qolla üstələyib.







