DÇ-2026: Fransa - İraq oyunu təxirə salına bilər
Dünya çempionatında sabah keçirilməsi nəzərdə tutulan Fransa – İraq oyunu əlverişsiz hava şəraiti səbəbindən təhlükə altına düşüb.
Msport.az xəbər verir ki, sinoptiklər Filadelfiyada matç saatlarında güclü qasırğa və intensiv yağışların olacağını proqnozlaşdırırlar.
Məlumata görə, yerli vaxtla saat 14:00-dan günün sonunadək sel riski ilə bağlı xəbərdarlıq da edilib. Əlavə problem ondadır ki, qarşılaşmanın keçirilməsi planlaşdırılan stadionun dam örtüyü yoxdur. Bu səbəbdən hava şəraitinin kəskin pisləşəcəyi təqdirdə oyunun təxirə salınması və ya başlanğıc saatının dəyişdirilməsi ehtimalı istisna edilmir.
Qeyd edək ki, Fransa və İraq yığmaları dünya çempionatının I qrupunda mübarizə aparırlar. Qarşılaşmanın taleyi ilə bağlı yekun qərarın matç öncəsi veriləcəyi gözlənilir.
Qeyd edək ki, Fransa – İraq oyunu Bakı vaxtı ilə iyunun 23-də saat 01:00-da başlayacaq.







