DÇ-2026: İlk turun ən yaxşıları açıqlandı
FİFA DÇ-2026-nın qrup mərhələsinin ilk turunun ən yaxşı futbolçularını FIFA Power Rankings sisteminə əsasən müəyyənləşdirib.
Msport.az xəbər verir ki, hücum göstəricilərinə görə ilk pillədə Argentina millisinin kapitanı Lionel Messi qərarlaşıb.
Əlcəzairlə oyunda (3:0) het-trik edən ulduz futbolçu komandasının qapıya vurduğu zərbələrin 60 faizinin müəllifi olub.
Yaradıcılıq göstəricilərində isə İran millisinin futbolçusu Ramin Rezaeian hamını qabaqlayıb. Yeni Zelandiya ilə matçda (2:2) çıxış edən cinah müdafiəçisi 16 dəqiq ötürmə ilə yadda qalıb.
Müdafiə statistikalarında isə Kanada millisinin üzvü Derek Kornelius birinci olub. Bosniya və Herseqovina ilə oyunda (1:1) o, 17 top alma, 13 uzaqlaşdırma, 4 blok və 4 top qazanma göstəricisinə imza atıb. Bundan əlavə, Kornelius hava mübarizələrinin 8-də qalib gəlib.
Qeyd edək ki, FIFA Power Rankings sistemi futbolçuların oyun ərzindəki fərdi göstəricilərini nəzərə alaraq reytinq tərtib edir.







