DÇ-2026: İngiltərə millisindən ilk
İngiltərə milli komandası 2026-cı il dünya çempionatının L qrupunun ilk oyununda Xorvatiya millisini 4:2 hesabı ilə məğlub edib.
Msport.az xəbər verir ki, İngiltərə tarixində ilk dəfə dünya çempionatlarında ardıcıl üç dəfə açılış oyununda qalib gəlib.
İngiltərə daha əvvəl 2018 və 2022-ci il dünya çempionatlarında açılış oyunlarında qalib gələrək Tunisi (2:1) və İranı (6:2) məğlub etmişdi.
2026-cı il dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçirilir. Argentina hazırkı dünya çempionudur.







