featured-image-79527

İran millisi DÇ-2026-nın qrup mərhələsinin 3-cü turunda Misirlə keçiriləcək oyun üçün Sietlə vaxtında yollana bilməyib.

Msport.az xəbər verir ki, bu haqda İran Futbol Federasiyası məlumat yayıb.

Gecikmə ABŞ hava limanında yaranan problemlə bağlı olub. Bildirilir ki, ABŞ hakimiyyət orqanlarının İran millisinin hücumçusu Mehdi Taremi və məşqçilər heyətinin üzvü Saeid Alhoei ilə bağlı həyata keçirdiyi prosedurlar səbəbindən komandanın uçuşu ləngiyib.

Nəticədə yığmanın digər üzvləri də vəziyyət həll olunana qədər hava limanında gözləməli olublar.

Federasiyanın açıqlamasında qeyd olunub ki, İran millisinin ABŞ-da olduğu müddətdə buna bənzər problemlər ilk dəfə yaşanmır.

Qeyd edək ki, İran və Misir milliləri arasında qarşılaşma iyunun 27-də Sietldə keçiriləcək. Hər iki komanda üçün bu görüş mundialın pley-off mərhələsinə yüksəlmək baxımından böyük əhəmiyyət daşıyır.

Bənzər xəbərlər