DÇ-2026: İsveçrədən 4 qollu qələbə
Dünya çempionatında İsveçrə Bosniya və Herseqovina ilə qarşılaşıb.
Msport.az xəbər verir ki, Los-Anceles stadionunda keçirilən B qrupunun II turunun matçında isveçrəlilər 4:1 hesablı qələbə qazanıblar.
İsveçrənin heyətində Joan Manzanbi (74, 90) dubl edib. Digər qolları isə Ruben Varqas (84) və Qranit Caka (90+7) öz aktivinə yazdırıblar. Bosniyalıların təsəlli qolunu isə Ermin Mahmic (90+3) vurub.







