DÇ-2026: Kabo Verde Argentinaya rəqib oldu
Dünya çempionatında Kabo Verde Səudiyyə Ərəbistanı ilə qarşılaşıb.
Msport.az xəbər verir ki, Hyuston stadionunda keçirilən H qrupunun III turunun matçında qapılara qol vurulmayıb – 0:0.
Ardıcıl üçüncü görüşündə də uduzmayan Kabo Verde 3 xalla qrupunu ikinci sırada bitirərək tarixində ilk dəfə qatıldığı mundialın pley-off mərhələsinə adlayıb. Komanda bu raundda son dünya çempionu Argentina ilə qarşılaşacaq.
Səudiyyə Ərəbistanı isə 2 xalla sonuncu yeri tutub və turnirlə vidalaşıb.







