featured-image-78913

Fransa milli komandasının kapitanı, “Real”ın hücumçusu Kilian Mbappe bu gün start götürəcək dünya çempionatında rekordlar qırmağa yaxındır.

Msport.az xəbər verir ki, 27 yaşlı ulduz forvard ən azı iki qol vurarsa, Fransa yığmasının ən çox qol vuran oyunçusu olacaq.

Belədə o, Olivye Jirunun 57 qolluq rekordunu qıracaq.

Mbappe həmçinin Fransa millisinin dünya çempionatlarında ən çox qol vurmağa, Jüst Fontanenin 13 qolluq rekordunu qırmağa yaxındır.

Kilian mundialda 5 qol vurmağı bacararsa, o, Miroslav Klozenin 16 qol rekordunu qıraraq dünya çempionatları tarixinə ən məhsuldar oyunçu kimi düşəcək.

Nəhayət, fransız ulduz finala qədər irəliləyib həlledici matçda yenidən qol vurarsa, DÇ finalında 5 qol vuran ilk futbolçu olacaq.

Fransa qrup mərhələsində Seneqal, Norveç və İraqla birlikdə dördlükdə oynayacaq.

Bənzər xəbərlər