DÇ-2026-nın finalını idarə edən hakim karyerasını başa vurdu
Sloveniyalı futbol hakimi Slavko Vinçiç hakimlik karyerasını başa vurub.
Msport.az xəbər verir ki, bu barədə Sloveniyanın Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb.
Vinçiç 2026-cı il dünya çempionatının final oyununda baş hakim kimi fəaliyyət göstərib. İyulun 19-da keçirilən həlledici görüşdə İspaniya əlavə vaxtda Argentinanı 1:0 hesabı ilə məğlub edib.
48 yaşlı sloveniyalı referi 2010-cu ildən FİFA kateqoriyalı hakim kimi fəaliyyət göstərirdi. O, 2022-ci ildə Avropa Liqasının, 2024-cü ildə isə UEFA Çempionlar Liqasının final oyununu idarə edib.







