featured-image-79545

Qətər millisinin yarımmüdafiəçisi Assim Madibo dünya çempionatında rəqibini zədələdiyi üçün 5 oyunluq cəzalanıb.

Msport.az xəbər verir ki, Kanada ilə görüşün (0:6) 51-ci dəqiqəsində Madibo İsmael Koneyə qarşı olduqca sərt oynayıb və buna görə qırmızı vərəqə ilə cəzalanıb.

“Sassuolo” klubunda çıxış edən Kone bu zədə səbəbindən 4-5 ay yaşıl meydanlardan kənarda qalacaq.

FİFA İntizam Komitəsi Madiboya 5 oyunluq cəza verib. Qətər tərəfi bu qərardan şikayət edə bilər.

Bənzər xəbərlər