featured-image-77882

FİFA DÇ-2026 üçün 3 açılış mərasimini keçirəcək.

Msport.az xəbər verir ki, DÇ-2026 ABŞ, Kanada və Meksikada təşkil olunacaq.

FİFA isə hər bir ev sahibi ölkədə ilk oyundan əvvəl bir mərasim planlaşdırır. Hər stadionda yerli sənətçilər çıxış edəcəklər: ABŞ-da Keti Perri, Kanadada Maykl Buble və Meksikada Mana səhnə alacaq.

Qeyd edək ki, DÇ-2026-da tarixdə ilk dəfə olaraq 48 yığma mübarizə aparacaq. Mundial 11 iyun – 19 iyul tarixlərində təşkil olunacaq.

Bənzər xəbərlər