DÇ-2026: Uğursuz “11-lik”
ABŞ, Kanada və Meksikada keçirilmiş dünya çempionatında gözləntiləri doğrultmayan futbolçulardan ibarət rəmzi komanda açıqlanıb.
Msport.az xəbər verir ki, “11-liy”i ESPN tərtib edib.
Qapıçı: Fernando Muslera (Uruqvay);
Müdafiəçilər: Niko Orayli (İngiltərə), Vircil van Deyk (Niderland), Mark Qehi (İngiltərə), Yozua Kimmix (Almaniya);
Yarımmüdafiəçilər: Skott Maktominey (Şotlandiya), Federiko Valverde (Uruqvay), Kristian Pulişiç (ABŞ), Bruno Fernandeş (Portuqaliya), Florian Virts (Almaniya);
Hücumçu: Neymar (Braziliya).
Qeyd edək ki, İspaniya yığması DÇ-2026-nın finalında əlavə vaxtda Argentinanı 1:0 hesabı ilə üstələyib.







