DÇ-2026: Xorvatiyaya 1 qol kifayət etdi
Dünya çempionatında Xorvatiya Panama millisinə qalib gəlib.
Msport.az xəbər verir ki, Toronto stadionunda keçirilən L qrupunun II turunun matçında avropalılar 1:0 hesablı qələbəyə seviniblər.
Yeganə qolun müəllifi 54-cü dəqiqədə Ante Budimir olub. Bu məğlubiyyətdən sonra Panamanın qrupdan çıxmayacağı dəqiqləşib.







