featured-image-62307

AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker Azərbaycan Kubokunun 1/4 final mərhələsində keçirilən “Neftçi” – “Kəpəz” oyununun 58-ci dəqiqəsində baş verən hadisəni dəyərləndirib.

Msport.az xəbər verir ki, belçikalı mütəxəssis “Neftçi”nin hücumçusu Bassalu Sambuya verilən qırmızı vərəqə ilə bağlı fikirlərini bildirib.

O, milli assosiasiyanın mətbuat xidmətinə açıqlamasında VAR-ın müdaxiləsindən sonra baş hakim Rəşad Əhmədovun haqlı qərar qəbul etdiyini düşünür:

“Neftçi”nin hücumu zamanı bu komandanın 9 nömrəli futbolçusu Bassalu Sambu topla irəliləyərək, rəqib cərimə meydanına daxil olur, bu zaman “Kəpəz”in 8 nömrəli oyunçusu Elmir Tağıyev onunla top uğrunda mübarizəyə girir. Hücumçu topa toxunduqdan sonra orta intensivliklə müdafiəçinin ayağına (açıq ayaq, şiplərlə irəli, kontaktın yeri yuxarı) vurur. Bununla o, müdafiəçinin sağlamlığını təhlükə altına atır. VAR müdaxiləsi və hakimin bu ciddi qayda pozuntusu üçün qırmızı vərəqə qərarı dəstəklənir. Əgər müdafiəçinin ayağına tam təmas yox, sadəcə yüngül təmas olsaydı və ya ayağını sürtsəydi, o zaman təmas üçün sarı vərəqə qərarı qəbul edilə bilərdi”.

Qeyd edək ki, qarşılaşma məhz Bassala Sambunun 27-ci dəqiqədə vurduğu yeganə qol sayəsində “Neftçi”nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bənzər xəbərlər