featured-image-80712

Kevin de Brüyne bu yay “Napoli”ni tərk edə bilər.

Msport.az xəbər verir ki, insayder Nikolo Skira bu barədə məlumat yayıb.

Onun sözlərinə görə, belçikalı futbolçu klubun baş məşqçisi Massimiliano Alleqrinin planlarına daxil deyil. İtaliyalı mütəxəssis onu komandanın aparıcı simalarından biri kimi görmür.

De Brüynenin hələ 1+1 illik müqaviləsi olsa da, yarımmüdafiəçinin “Napoli”dəki gələcəyi sual altındadır.

35 yaşlı futbolçu ötən mövsüm 21 oyunda 5 qol vurub və 4 məhsuldar ötürmə verib.

Amma De Brüyne zədə səbəbindən bir çox oyunlarda meydandan kənarda qalıb.

Bənzər xəbərlər