featured-image-1369

“Mançester Siti”nin futbolçuları Kevin de Brüyne və Kayl Uoker zədələniblər.

 

Msport.az xəbər verir ki, hər iki oyunçu Çempionlar Liqasının 1/4 finalında “Atletiko” ilə cavab matçında (0:0) sıradan çıxıblar. Yarımmüdafiəçi Kevin de Brüyne 65-ci dəqiqədə meydanı tərk edib. 8 dəqiqə sonra ayağı burxulan müdafiəçi Kayl Uoker də əvəzlənib. Sözügedən oyunçuların yarımfinalda “Real”la görüşü buraxmaq ehtimalı var.

Bundan başqa, de Brüyne və Uoker aprelin 16-da İngiltərə FA Cup-da “Liverpul”la yarımfinal qarşılaşmasında da oynamayacaqlar.

Qeyd edək ki, “Mançester Siti” və “Real” arasındakı ilk matç aprelin 26-sı İngiltərədə, cavab oyunu isə mayın 4-ü İspaniyada olacaq.

Bənzər xəbərlər