featured-image-40154

Azərbaycan millisinin sabiq baş məşqçisi Canni De Byazi “Tuttoudinese” nəşrinə açıqlama verib.

Msport.az xəbər verir ki, 67 yaşlı mütəxəssis üç il ərzində Azərbaycan futbol hərəkatına çox şey verdiyini söyləyib.

İtaliyalı baş məşqçi baş yığma komandada işləməyə hazır olduğunu da diqqətə çatdırıb: “Avropa çempionatının seçmə mərhələsində beş komandadan ibarət qrupda 7 xal əldə etdik. Birinci dərəcəli komandalarla bərabər oynadıq. Belçika ilə evdəki matçda bir epizoda görə uduzduq. Avstriya ilə qarşılaşmada bərabərliyə layiq idik. İsveçlə görüşdəki qələbə tarixdə qalacaq. 3:0 hesabı ilə qalib gələcəyimizi heç düşünməmişdim. Heyətdə maraqlı oyunçular var. Artıq yol asfaltlanıb, ümid edirəm ki, bu hərəkat növbəti illərdə daha da böyüyəcək. Bu, mənim üçün məmnunedici səyahət idi. Resurslar az olanda belə futbol oynaya biləcəyini nümayiş etdirdim. Azərbaycan yığmasında işləmək dildən başlayaraq bir çox səbəblərə görə asan deyil”.

İtaliyalı baş məşqçi bəzi təkliflər aldığını da vurğulayıb: “Hələlik imza atmamışıq. Bu səbəbdən heç nə deyə bilmərəm”.

Xatırladaq ki, AFFA İcraiyyə Komitəsi noyabrın 22-də millinin baş məşqçisi Canni De Byazi ilə yolları ayırıb. Yığma onun rəhbərliyi altında AVRO-2024-ün seçmə mərhələsində 7 xalla F qrupunda 4-cü yeri tutub.

Bənzər xəbərlər