De Yonq üçün 2026-cı il bitdi
“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq Niderland millisində çıxış edərkən aldığı daxili yan bağın qırılması səbəbindən beş-altı ay oynaya bilməyəcək.
Msport.az xəbər verir ki, oyunçu 2027-ci ilə qədər bir daha oynamayacaq.
AS daha əvvəl “Barselona”nın 29 yaşlı futbolçunun zədəsinin ağırlaşmasında Niderlandın günahkar olduğunu düşündüyünü bildirmişdi. De Yonq zədəni 2026-cı il dünya çempionatının 1/16 final mərhələsində Mərakeşlə oyundan əvvəl (1:1, penaltilərdə 2:3) alsa da, 110 dəqiqə meydanda olub.
Kataloniya klubu həmçinin hesab edir ki, yarımmüdafiəçinin özü də həmin matçda əvəzetmə tələb edə bilərdi.







