Demba Ba Fransa klubuna direktor təyin olundu
“Beşiktaş”, “Çelsi” kimi klublarda oynamış Demba Ba Fransanın “Havr” klubunun idman direktoru təyin olunub.
Msport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumaqt yayıb.
Seneqal millisinin sabiq üzvü Fransa futbolunun yetirməsi sayılır. O, “Çelsi” və “Beşiktaş”dan başqa, “Hoffenhaym”, “Vest Hem”, “Nyukasl”, “Göztəpə”, “Başakşehir” kimi klubların da formasını geyinib. Demba Ba karyerasını “Luqano”da başa vurub.
“Havr” ötən mövsüm Liqa-1-də 14-cü yeri tutub.







