featured-image-77956

PSJ-nin hücumçusu Usman Dembele Fransa Liqa 1-də mövsümün ən yaxşı futbolçusu seçilib.

Msport.az xəbər verir ki, fransalı oyunçu UNFP (Fransa Peşəkar Futbolçular İttifaqı) mükafatlandırma mərasimində bu ada layiq görülüb.

Dembele ardıcıl ikinci dəfə Fransa çempionatında mövsümün ən yaxşısı adına sahib çıxıb.

Maraqlıdır ki, 28 yaşlı hücumçu bu mövsüm Liqa 1-də cəmi 9 oyunda start heyətində yer alıb. O, ümumilikdə 20 matçda meydana çıxıb ki, bu da oyunların 28 faizində əsas heyətdə başlaması deməkdir.

Dembele Fransa çempionatında 10 qol vurub və altı məhsuldar ötürmə verib. Hücumçu bombardirlər siyahısında ilk yeddilikdə belə deyil.

Onun az oyun müddətinə rəğmən mükafata layiq görülməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Bənzər xəbərlər